9 İyul 2014 17:27
1 015
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bizə naməlum şəxslərin İŞİD-in bayrağı əks olunmuş pərdələrini avtomobillərə taxaraq Sumqayıt şəhərində gəzməsilə bağlı məlumat daxil olmayıb”.

Bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirib. Onun sözlərinə görə, heç bir yol polisi də həmin avtomobili görməyib.

Kamran Əliyev onu da əlavə edib ki, əslində avtomobilə hansısa əlavə vasitə vurmaq qadağandır. Bundan əlavə avtomobili diqqəti dağıdan vasitələrlə idarə etmək də qanun pozuntusudur.

“Görüntünü mhədudlaşdıran, eləcə də, digər yol iştirakçılarının diqətini yayındıran vasitələrin avtomobilə vurmaq olmaz. Əgər belə hal müəyyən olunarsa, həmin şəxs qanun çərçivəsində cəzalanacaq”, - deyə Kamran Əliyev bildirib.

Qeyd edək ki, son günlər Azərbaycanda müşahidə olunan məzhəb gərginliyi fonunda növbəti təxribat qeydə alınıb. Ölkənin ən böyük şəhəri olan Sumqayıtda İraq Şam İslam Dövləti (İŞİD) adlanan qruplaşmanın bayraqları asılan maşınlar müşahidə olunub.

İŞİD-in bayrağı qara parçanın üzərində yuxarıda “La ilahə illəllah” (“Allahdan başqa Allah yoxdur”) yazısı, ortada isə ağ dairəvi fonda ərəbcə “Allahın rəsulu Məhəmməd” (s.ə.s) (və ya “Muhəmmədən Rəsulallah”) yazı əks olunub.

Məhz ortadakı yazı İslam Peyğəmbərinin (s.ə.s) möhürü hesab olunur. Bu mənada sözügedən avtomobil sahibi pərdəyə İslam Peyğəmbərinin (s.ə.s) möhürünü vurduğunu da iddia edə bilər.

Yeri gəlmişkən, Türkiyədə Harun Yəhya kimi tanınan Adnan Oktar da bu möhürdən istifadə edir. Ancaq hazırda bu möhürün elə də geniş yayılmadığı və əsasən İŞİD-in bayrağı kimi tanındığı sirr deyil. Yəni bu günə qədər kimsə Peyğəmbər möhürünü avtomobilinə pərdə olaraq vurmadığı üçün pərdə sahibinin məqsədinin İŞİD-i təbliğ etmək olduğunu demək olar.

/ans press/


Müəllif: