13 Dekabr 2017 15:09
1 373
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə ilə Rusiyanın Qüdslə bağlı mövqeyi üst-üstə düşmür.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu sözləri Kremlin sözçüsü Dmitri Peskov deyib:

“Biz Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın Qüdslə bağlı mövqeyini bilirik. Rusiyanın da mövqeyi məlumdur”.

Qeyd edək ki, Ərdoğan Qüdsü müstəqil Fələstin dövlətinin paytaxtı kimi tanımağa çağırıb. Rusiya isə Şərqi Qüdsü Fələstinin, Qərbi Qüdsü isə İsrailin paytaxtı kimi qəbul edir.


Müəllif: Samir