15 İyul 2015 19:10

Azərbaycan Prezidenti İlham Əliyev “Qiymətli kağızlar bazarı haqqında” qanunun tətbiqi barədə fəman imzalayıb.

Fərmana əsasən, Nazirlər Kabinetinə üç ay müddətində Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Prezidentinin aktlarının “Qiymətli kağızlar bazarı haqqında” qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb Prezidentə təqdim etmək; həmin qanunun qəbulu ilə əlaqədar İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan məsuliyyət tədbirlərinin təkmilləşdirilməsinə dair təkliflərini hazırlayıb Prezidentə təqdim etmək; Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını təmin edib Prezidentə məlumat vermək; həmin qanunun 3.6-cı maddəsinə uyğun olaraq, dövlət və bələdiyyə qiymətli kağızlarının emissiyası və tədavülü qaydasını müəyyən etsin və bu barədə Prezidentə məlumat vermək; həmin qanunun 62.3-cü maddəsinə uyğun olaraq, ofşor zonaları müəyyən etmək və bu barədə Prezidentə məlumat vermək; həmin qanunun 89.1.2-ci maddəsinə uyğun olaraq, mərkəzi depozitarın illik xalis mənfəətindən məcburi ayırmaların faizini müəyyən etsin və bu barədə Prezidentə məlumat vermək; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Prezidentə məlumat vermək tapşırılıb.

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə isə qanunun bir sıra maddələrindən irəli gələn normativ-hüquqi aktları qəbul etmək tapşırılıb.

Bundan başqa, Əmlak Məsələləri Dövlət Komitəsi Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin təklifləri əsasında Milli Depozit Mərkəzinin yeni nizamnaməsini bir ay müddətində təsdiq etməlidir.

Fərmana əsasən, Ədliyyə Nazirliyi, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi və Əmlak Məsələləri Dövlət Komitəsi Milli Depozit Mərkəzinin dövlət qeydiyyatına alınması ilə bağlı zəruri tədbirlər görməlidirlər.

Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Qiymətli kağızlar bazarı haqqında” qanununa uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir.


Müəllif:
Загрузка...