12 Oktyabr 23:47
111

ABŞ-dan sonra İsrail də YUNESKO-dan ayrılır.

Teleqraf.com xəbər verir ki, İsrail Baş naziri Benyamin Netanyahu ölkənin BMT-nin Təhsil, Elm və Mədəniyyət Məsələləri üzrə Agentliyindən (YUNESKO) ayrılması ilə bağlı hazırlıqların başladılması üçün təlimat verib.

İsrailin Başnazirlik Administrasiyasının məlumatına görə, Netanyahu ABŞ-ın YUNESKO-dan ayrılması ilə bağlı Trampın verdiyi qərarı məmnuniyyətlə qarşıladı: "Bu səbəbdən baş nazir İsrailin də ABŞ-la birgə qurumdan ayrılması üçün Xarici İşlər Nazirliyinə təlimat verdi”.

Qeyd edək ki, ABŞ-ın təşkilatdan çıxmağına səbəb kimi maliyyə vasitələrinə qənaət və YUNESKO-da antiisrail qətnamələrinin qəbuluna etiraz məsələlərini göstəriləcəyi qeyd edilmişdi. /Modern.az/


Müəllif: Teleqraf.com