11 Yanvar 09:02
81

Lerik rayonunda zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Teleqraf.com-a verilən məlumata görə, yerli vaxtla saat 07:13:22-də Lənkərandan 15 km cənub-qərbdə Lerik ərazisində zəlzələ qeydə alınıb.

Maqnitudası 3,4, dərinliyi 33 km olan zəlzələ hiss olunmayıb.

Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb.


Müəllif: İlhamə