30 İyul 2015 22:20
771
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyulun 30-da Mərakeşin Azərbaycandakı səfirliyi ölkəsinin milli bayramı - Taxt-tac günü münasibətilə rəsmi qəbul təşkil edib.

Mərasimdə əvvəlcə Azərbaycanın və Mərakeşin dövlət himnləri səslənib.

Mərakeşin Azərbaycandakı səfiri Həsən Hami qəbulda çıxış edərək ölkəsinin keçdiyi inkişaf yolundan danışıb, Kral VI Məhəmmədin hakimiyyəti illərində Mərakeşdə siyasi və iqtisadi sahələrdə böyük tərəqqiyə nail
olunduğunu vurğulayıb.

Diplomat Azərbaycan ilə Mərakeş arasında münasibətlərin hazırkı səviyyəsinin məmnunluq doğurduğunu bildirərək ölkələrimizin siyasi, iqtisadi, mədəni və digər sahələrdə əlaqələrin inkişaf etdirilməsi istiqamətində inamla irəlilədiyini deyib. Hər iki ölkənin bir-birini beynəlxalq müstəvidə dəstəklədiyini qeyd edən səfir həm ikitərəfli qaydada, həm də beynəlxalq qurumlar çərçivəsində əməkdaşlığın genişləndirilməsi üçün bundan sonra da birgə səylərin göstəriləcəyini vurğulayıb.

Təhsil naziri Mikayıl Cabbarov əlamətdar gün münasibətilə Mərakeş xalqını Azərbaycan hökuməti adından təbrik edib. Nazir ölkələrimiz arasında ikitərəfli əlaqələrin yaranması tarixindən danışıb. O, iki ölkənin dövlət başçıları arasında yüksək səviyyədə olan münasibətlərin Azərbaycan-Mərakeş əməkdaşlığının daha da inkişafına mühüm təkan verdiyini vurğulayıb.

Qeyd edilib ki, ölkələrimiz arasında ənənəvi dostluğa, qarşılıqlı etimada, dəstəyə və əməkdaşlığa söykənən münasibətlər bundan sonra da ikitərəfli əlaqələrin inkişafına və möhkəmlənməsinə, xalqlarımızın mənafelərinə, onların tərəqqisinə xidmət edəcək.


Müəllif: