12 İyul 2017 11:20
948
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın məşhur “Pole çudes” tele-yarışının aparıcısı Leonid Yakuboviç Bakıya gəlib.

Teleqraf.com-un məlumatına görə, aparıcı Tofiq Bəhramov adına Respublika Stadionunda Çempionlar Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində keçirilən “Qarabağ” – “Samtredia” oyununu tribunada canlı izləyənlər arasında yer alıb.

Onun fotoları sosial şəbəkədə yayılıb.

Qeyd edək ki, Yakuboviç 6 aydır ki, “Pole çudes” – “Möcüzələr meydanı” yarışmasında “Azərçay”ın dəstəyilə hər proqramda Bakı haqqında məlumat verib. Bakıya da elə “Astaraçay”ın dəvəti ilə gəlib.


Müəllif: Könül Əlibəyli