6 Noyabr 2017 23:19
1 937
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölkə başçısı şahmata böyük qayğı və dəstək göstərir. Bunun nəticəsidir ki, komandamız 3-cü dəfə komandalararası Avropa çempionu oldu.

Teleqraf.com xəbər verir ki, bu açıqlama ilə Şahmat Federasiyasının vitse prezidenti Faiq Həsənov çıxış edib.

Onun sözlərinə görə, yarışa gələndə, hədəf mükafatçılar sırasına düşmək olub: "Çünki əmsalda komandamız 2-ci idi. Ayrı nəticə bizi qane etmirdi. İlk turda uduzub, sonra toparlanaraq qələbə qazanmaq komandalararası Avropa çempionatında nadir hadisələrdəndir”.

Faiq Həsənov bildirib ki, şahmatçılar ard-arda beş görüşü qələbə ilə bitirib: "Rusiya, Ukrayna, Almaniya, Ermənistan və Polşa yığmaları çox güclüdür və ilk turda məğlubiyyət sırf təsadüfdir. İsveçrə sisteminin qaydasına görə, ilk turda güclü komandalar zəiflərlə düşür. Bu üzdən, yarışda İtaliyaya uduzanda, hamı məəttəl qalmışdı. Uşaqlar sağ olsun, toparlandılar, dalbadal 5 görüşü qələbə ilə bitirdilər. Son turda bizi heç-heçə də qane edirdi ki, bunu da elədik”.


Müəllif: İlhamə

Oxşar xəbərlər