1 Mart 2015 22:02

Heydər Əliyev prospektinin köməkçi yolunda şəhər istiqamətində nəqliyyat vasitələrinin hərəkəti bәrpa edilib.

Teleqraf.com-un mәlumatına görə, Bağırov körpüsünün alt hissəsində tuneldə təmir-bərpa işləri başa çatıb.

Tuneldә alkapon örtüyü yenilәnib, yonma işlәri aparılıb, asfalt örtüyünün sıradan çıxmış hissәlәri tәzәlәnib.

Qeyd edәk ki, fevralın 28-i sәhәr saatlarından Heydər Əliyev prospekti köməkçi yol-şəhər istiqamətində nəqliyyat vasitәlәrinin hәrәkәti tam mәhdudlaşdırılmışdı.


Müəllif: