16 Mart 2015 14:32
1 316
12 Punto 14 Punto 16 Punto 18 Punto

2013-сü ilin 17 dekabrında "rüşvət əməliyyatı" zamanı həbs olunan, lakin sonradan azadlığa buraxılan Rza Zərrab ilə müğənni Ebru Gündeş 2 ildən sonra ilk dəfə görüntülənib.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, boşanacaqları haqda yayılan xəbərlərdən sonra ilk dəfə jurnalistlər tərəfində görüntülənən cütlüyün olduqca təşviş keçirdikləri diqqətdən yayınmayıb.
Həyat yoldaşı Rza Zərrabla eyni kadrda görüntülənməmək üçün ayrı istiqamətdə hərəkət edən Ebru Gündəş jurnalistlərə əsəbi halda "Burada bizi necə tapdınız?" sualını ünvalayıb.

Makiyajsız və rahat geyimi ilə diqqət çəkən Ebru Gündəşi 3 mühafizəçisi kölgə kimi izləyib.


Dəniz Əliyeva


Müəllif: