2 İyul 2014 17:24
941

Bu gün gənclər və idman naziri Azad Rəhimov Vyetnamın Mədəniyyət, İdman və Turizm naziri Hoang Tuan Ahnın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Teleqraf.com-un məlumatına görə, görüş zamanı Azərbaycanda idman sahəsində görülən işlər, inşa edilməkdə olan obyektlər və Bakının 2015-ci ildə tarixdə ilk dəfə olaraq ev sahibliyi edəcəyi Avropa Olimpiya oyunlarına hazırlığı barədə söz açılıb. Azad Rəhimov Azərbaycanın daim çox güclü idman növləri oldiuğunu diqqətə çardırıb: “Azərbaycanın böyük ölkə olmamasına baxmayaraq, beynəlxalq yarışların keçirilməsi üçün hər bir şərait var. Mən vyetnamlı idmançıları ölkəmizə məşqlərə, yarışlara dəvət edirəm.”

Öz növbəsində nazir Azad Rəhimova xoş münasibət üçün dərin təşəkkürünü bildirən Vyetnamlı nazir Hoang Tuan Ahn Azərbaycanda istər idman, istərsə də gənclər sahələrinin çox sürətlə inkişaf etdiyini və Vyetnamın hər iki sahədə təcrübə mübadiləsinə şad olduğunu qeyd edib. Tədbirin sonunda qonaqlara xatirə hədiyyələri təqdim edilib.


Naibə


Müəllif: