19 İyun 2017 22:51
644
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyada vəziyyətin nizamlanmasna dair növbəti görüş Astanada iyulun 4-5-də keçiriləcək.

Teleqraf.com-un məlumatına görə, bu barədə Qazaxıstan XİN-in mətbuat xidmətinin rəhbəri Anuar Jaynakov bildirib.

A.Jaynakov deyib ki, həm Rusiya, həm Türkiyə, həm də İran tərəfinin həmin tarixdə görüşün keçirilməsi barədə razılığı alınıb.

Qazaxıstan XİN-in mətbuat xidmətinin rəhbərinin sözlərinə görə, Astana danışıqlarının budəfəki mərhələsində əldə olunmuş əvvəlki razılaşmaların necə yerinə yetirilməsi və vəziyyətin normallaşdırılması istiqamətində atılacaq növbəti addımlar müzakirə ediləcək.


Müəllif: Teleqraf.com