27 İyul 2016 10:14

Şəki şəhərində intihar hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə şəhərin Güləkli məhəlləsi ev 3 ünvanında qeydə alınıb.

Şəki şəhər sakini, 1965-ci il təvəllüdlü Nadir Ağayev yaşadığı evin çardağından özünü asaraq ölüb. Onun hansı səbəbdən intihar etdiyi məlum deyil.

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Qeyd edək ki, ötən həftə də Şəkidə 56 yaşlı kişi özünü asıb.

İyulun 22-də saat 20:30 radələrində rayonun Aşağı Küngüt kəndində kənd sakini, 1960-cı il təvəllüdlü Ağasər Şəfaqət oğlu Mustafayevin meyiti yaşadığı evin həyətyanı sahəsindəki ağacdan asılı vəziyyətdə tapılıb.

Hacı Zeynalov


Müəllif:
Загрузка...