18 Fevral 2018 17:54
841
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıt şəhərində oğurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, bu il yanvarın 1-də şəhər sakini Sənan Tapdıqovun içərisində 71 manatı olan pulqabısını oğurlanması barədə Sumqayıt şəhər polis İdarəsinə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Azər Daşdəmirov saxlanılıb.

Onun həmin gün 1 yardımçı təsərrüfatdan avtomobil hissəsi və elektrik naqili və 1 avtomobildən akkumulyator oğurlaması da müəyyən edilib.


Müəllif: Hacı Zeynalov