6 Mart 2015 12:24
343

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirli bilinən Sumqayıt şəhər sakini Xanağa Məhərrəmovun cinayət işi məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Xanağa Məhərrəmov 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Xanağa Məhərrəmov Sumqayıt şəhər Polis İdarəsini əməkdaşları tərəfindən həbs edilib. O, Sumqayıtda müxtəlif profilli ərzaq malları istehsal edən sexdə satış meneceri vəzifəsində çalışıb. Xanağa Məhərrəmov ayrı-ayrı müəssisələrə satış üçün təhvil məqsədilə ona etibar edilən 42 min manat pulu mənimsəyib.

Hacı Zeynalov


Müəllif: