İyulun 15-də Bakı metrosunun “Gənclik” stansiyasında “Azərbaycan kinosu” adlı sərgi açılıb.
Mədəniyyət və Turizm Nazirliyi, “Bakı Metropoliteni” QSC və Azərbaycan Dövlət Film Fondunun dəstəyi ilə “Metro Gallery” layihəsi çərçivəsində növbəti layihəsini təqdim edib. Sərgi Azərbaycan Kinematoqrafiyasına həsr olunub.
“Bakı Metropliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib ki, sərgidə köhnə filmlərdən kadrlar və çəkiliş prosesindən kadrarxası fotolar nümayiş olunur. Sərgidə ümumilikdə 92 əsər nümayiş edilir və bunlardan 57-si filmlərdən çəkilmiş kadrlar, qalanları isə kadrarxası fotolardır. Sərgi 6 ay müddətində davam edəcək.