Murad Dadaşovun prodüseri olduğu “Bayram axşamı” filminin çəkilişləri avqust ayının 15-də başlanacaq.
Teleqraf.com xəbər verir ki, bu barədə filmin ssenaristlərindən biri Fariz Əliyev məlumat verib. O rəsmi “İnstaqram” hesabında bunları yazıb: “Bayram axşamı” filminin son ssenari oxunuşu. Bütün heyət bütün gücü ilə bütün günü bütün ssenariyə qulaq asdı. Bizə isə fevralın 21-nə kimi bütün günü gözləmək qalır.
Filmdə rəqqasə Oksana Rəsulova da çəkiləcək.
Nərmin