3 Avqust 2016 12:59
518
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən ilin ən uğurlu kinokomediya janrında çəkilmiş filmlərindən olan “Oğlan evi” filminin ikinci hissəsinin çəkilişləri davam edir.

AZƏRTAC ekran əsərinin “facebook”dakı səhifəsinə istinadla bildirir ki, bu dəfə də filmin əsas hadisələri birinci hissəsində ən çox yaddaqalan Baba obrazının ətrafında cərəyan edəcək.

Filmdə yeni rol ifaçısı kimi “Bozbash Pictures” serialından tanıdığımız aktyor Nicat Rəhimov və videobloger Hüseyn Əzizoğlunun adları qeyd olunur. Bundan başqa, aktyorlar Elşən Hacıbabayev və Qurban Məsimov da filmdə rol alacaq. Filmin yaradıcı heyəti bu dəfə də ekran əsərinin maraqlı olacağını düşünür.

Qeyd edək ki, çəkilişləri paytaxtda və regionlarda aparılan “Oğlan evi-2” filminin kinoteatrlarda nümayişinin 2016-cı ilin son aylarına planlaşdırıldığı açıqlanıb.

Filmin quruluşçu rejissoru İlham Qasımov, operatoru Nadir Mehdiyevdir.


Müəllif:

Oxşar xəbərlər