27 Oktyabr 2016 18:12
1 110
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aktyor Hikmət Rəhimovun bir müddət əvvəl Akademik Milli Dram Teatrından çıxarılması onun baş rollarını oynadığı iki tamaşanın – “Qatil” və “Herostradı unudun”un da taleyinin sual altında olmasından xəbər verir.

Teleqraf.com sözügedən tamaşaların rejissoru Mehriban Ələkbərzadədən səhnə əsərlərinin sonrakı taleyini xəbər alıb.

-Akademik Milli Dram Teatrı ilə bağlı bəzi məsələlərə aydınlıq gətirmək üçün sizə bəzi suallarımız olacaq.

-O teatrdan çoxdan uzaqlaşmışam. Beş aydır ki, Akademik Milli Dram Teatrına getmirəm.

-Mehriban xanım, bəs Hikmət Rəhimovun baş rolları ifa etdiyi sizin rejissoru olduğunuz iki tamaşanın aqibəti necə olacaq?

-Bu barədə teatrla danışdım. Onlar Hikmətin tamaşalara gəlib oynamaq icazəsi olduğunu dedilər. İşdən hər hansı səbəbdən çıxarılması başqa məsələdir. Amma tamaşalarda oynamağa icazəsi var. Bunu teatrın baş rejissoru mənə deyib.

-Bunu Hikmət bəyə demisinizmi?

-Xeyr, Hikmətin özü ilə danışmamışam. Sadəcə, onun teatrdan çıxarılması tamaşaların oynanılmaması demək idi. Və mən bu barədə baş rejissorla danışıb, məsələni aydınlaşdırdım.

Hikmətin ordan çıxarılmasının başqa səbəbləri var. mumiyyətlə onun çıxmamışdan əvvəl də teatrla bağlı başqa səbəbləri olub. O səbəblərlə tanış deyiləm. Nədən, nəyə görə, nə problemləri var- bilmirəm.

Amma tamaşaların taleyi ilə bağlı mən məsələyə aydınlıq gətirdim.

Tamaşaları oynayıb oynamaması artıq Hikmətin öz ixtiyarındadır. Gedib tamaşanı oynayacaqsa tamaşa yaşayacaq, oynamayacaqsa tamaşa yaşamayacaq.

-Mehriban xanım, bəs Fuad Poladovun “Azdrama”nı tərk etməsinə necə baxırsınız?

-Fuad Poladov hansı səbəbdən teatrdan çıxdığına özü daha yaxşı şərh verə bilər. Səbəbləri mənə bəlli deyil.

-Hikmət Rəhimovun işdən çıxarılmasına etiraz olaraq bu addımı atdığını deyib.

-Elə demir axı. Özü elə deyibmi? Elə deyibsə, deməli doğru yolu o özü bilər. Mən onu şərh etmək istəmirəm.

Nərmin Muradova


Müəllif:

Oxşar xəbərlər