3 Noyabr 2016 12:16
621
12 Punto 14 Punto 16 Punto 18 Punto

Norveçin paytaxtı Osloda 23 təşkilatı özündə birləşdirən Saqenə könüllülər mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə fotomüxbir Rüstəm İsmayılovun müəllifi olduğu “Azərbaycan guşəsi” adlı fotosərgisi nümayiş olunub.

Teleqraf.com xəbər verir ki, fotosərgi Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr edilib.

Sərgi Norveçin Früset kitabxanasında 10-dan artıq ölkənin mədəniyyətinin təqdim olunduğu Sərhədsiz Mədəniyyət Festivalında da nümayiş olunub. Sərgidə R.İsmayılovun Azərbaycana həsr edilmiş 25 əsəri yer alıb.

Sərgi festival iştirakçıları tərəfindən maraqla qarşılanıb. İştirakçılar istedadlı fotomüxbirin əsərləri vasitəsilə bir daha Azərbaycan tarixi, mədəniyyəti və tolerantlığın canlı təcəssümünün şahidi olublar. Fotolardakı rənglər harmoniyası, təbiətimizin füsunkar və ecazkarlığı tamaşaçıları heyran edib.

Bir həftə davam edən sərgidə iştirakçılara xatirə hədiyyələri təqdim edilib.


Müəllif:

Oxşar xəbərlər