13 Fevral 2017 11:08
2 589
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Sənsiz qaldım. Sənsizliyi yaşamağı öyrənim gərək. Axı niyə belə olur? Axı niyə yaşamağa layiq, həyat dolu insanlar niy gedir əlimizdən?”

Teleqraf.com xəbər verir ki, bu sözləri aktrisa Təhminə Dadaşova əməkdar artist Kübra Dadaşovanın vəfatı ilə əlaqədar söyləyib.

Aktrisa əməkdar artistin son anları ilə bağlı sosial şəbəkədə bunları yazıb: “Əməliyyatdan bir gün öncə səhərdən axşama kimi yanında oldum. Ürəyim partlayırdı. Dedim, bəlkə əməliyyatdan imtina edəsən? Tərs idin, çox tərs. Heç vaxt sözümə qulaq asmırdın. Öz bildiyini edirdin.

Dedin, əməliyat etməsəm, bir gün, ya bir neçə gün sonra həyatım qırılacaq. Bu dəfə möhkəm ilişmişəm və bundan qaça bilməyəcəm. Ya öləcəyəm, ya da daha pis olacam…Odur ki, razılaşmalıyam əməliyyata.

Dedim, özün bilən məsləhətdir. Kaş deməyəydim. Kaş qoymamaydım.
Həmin gün evə gəldim. Və səndən zəng gəldi. Çox sakit və qəmli bir səslə dedin : “Mişka, qorxuram, nəsə çox qorxuram”.

Gecə gəldim yanına. Dedim, bəlkə imtina edəsən, dedin yox, bu dəfə son şansımdır.

Dedim, nə qərar versəm bil ki, səninləyəm. Sonra səni qucaqladım. Beləcə gecə saat üçə kimi sən mürgülədin qucağımda…”

Qeyd edək ki, aktrisa Təhminə Dadaşova ilə Kübra Dadaşova qohum deyil.

Nərmin Muradova


Müəllif: