Oteldə keçmiş sevgilisi, model Filiz Ağər tərəfindən qətlə yetirilən aktyor Vətən Şaşmazın həyat yoldaşı Yasəmən Adalı ilk dəfə açıqlama verib.
Teleqraf.com-un məlumatına görə, mərhumun 4 aylıq hamilə xanımı ərinin ölümü ilə bağlı bunları deyib:
“Sevimli həyat yoldaşım, uşağımın atası, xarakteri, gülərüzlülüyü, yaxşı ürəyi, heç vaxt pozmadığı cizgisi ilə bütün Türkiyənin və hamının çox sevdiyini bildiyim Vətən Şaşmazın ölümündən sonra məndən açıqlama gözlədiyinizi bilirəm.
Təəssüf ki, mövzunun həssaslığı, yaşadığım izaholunmaz kədər və hiss etdiklərim səbəbindən deyiləcək çox sözüm yoxdur. Bildiyim bir şey var: ən dəyərli varlığım Vətən hər zaman qəlbimdə, mənimlə olacaq...
Hamınıza göstərdiyiniz anlayışa görə təşəkkür edirəm. Bundan sonra da başda uşağımız, sonra mən, ailəm, Safiyə anam (qayınanası) və Vətənin xatirəsinə olan hörmət və sevginizdən dolayı bu anlayışın davam etməsini istəyirəm. Əsassız xəbərlərə, dedi-qodulara inanmamağınız bizə göstərəcəyiniz ən böyük dəstək olar”.