Dünya TV-nin efirində aparıcı Fərqanə Gülağaqızının təqdimatında yayımlanan “Bu bizik” proqramının növbəti bölümü efirə gedib.
Teleqraf.com xəbər verir ki, bu dəfə verilişin qonağı meyxanaçı Ağamirzə olub.
Ağamirzə “meyxanaçını deyişmə vaxtı özündən nə çıxara bilər” sualına cavab verərkən bildirib ki, nalayiq, ağır sözlə meyxanaçını təhqir edəndə özündən çıxar:
“Amma zarafatla bir-birimizə sözlər deyirik. Bu, əksinə bizi daha da təbə gətirir. Mən özüm görürəm ki, cavan uşaqlarla meyxana deyəndə onlar ədəb-ərkan xətrinə istəmirlər hücüma keçsinlər, onda özüm deyirəm ki, deyişmə vaxtı mənimlə də deyişin. Mənim özümə də xoş gəlir ki, bir-birinə yüngül, məzəli, duzlu sözlər deyəsən”.
Proqramda meyxanaçı sevilən meyxanalarından da səsləndirib.