Niderland vətəndaşı Adolf Hitler tərəfindən çəkilmiş akvareli (sulu boya) təsadüfən 75 sentə əldə edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Niderlandın “Volkstrant” qəzeti məlumat yayıb.
Vətəndaş akvareli evə gətirdikdən sonra onun üzərindəki məşhur imzaya əsasən sahibinin kim olduğunu müəyyən edib.
Ailə akvareli evdə saxlamaq istəməyib və onu Niderland Hərbi Sənədlər İnstitutuna təhvil verib. Bir neçə ay davam edən identifikasiya prosesi sulu boyanın həqiqətən də A.Hitler tərəfindən çəkildiyini müəyyənləşdirib.