5 Fevral 2018 18:25
1 056
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində “Prodexpo-2018” Beynəlxalq Ərzaq Sərgisi öz işinə başlayıb.

Teleqraf.com xəbər verir ki, fevralın 9-dək davam edəcək sərgidə dünyanın 65 ölkəsindən 2000-dən çox şirkətin məhsulları nümayiş olunur.

Sərginin Azərbaycana aid pavilyonunda ölkəmizdə istehsal edilən meyvə şirələri, müxtəlif növ şərablar və təbii mineral sular, fındıq, qənnadı məmulatları, çay, quru meyvə və s. məhsullar vahid ölkə stendi ilə “Prodexpo-2018” Beynəlxalq Ərzaq Sərgisinin ziyarətçilərinə təqdim edilir.

Qeyd edək ki, Azərbaycan “Prodexpo-2018” Beynəlxalq Ərzaq Sərgisinin rəsmi internet saytında, sərgi ziyarətçilərinə təqdim olunan kataloqlarda, bannerlərdə Azərbaycan barədə məlumatlar yerləşdirilib. Bundan başqa, sərginin keçildiyi müddətdə zallarda yerləşən bütün monitorlarda “Made in Azerbaijan” brendinin reklam çarxları nümayiş olunacaq.


Müəllif: Səxavət

Oxşar xəbərlər