Bu gün İtaliyanın Lido adasında 71-ci Venesiya kinofestivalının açılışı baş tutub.
Teleqraf.com-un axşam.az-a istinadən məlumatına görə, 10 gün davam edəcək festivalda ABŞ, İran, Fransa, İtaliya, Türkiyə, Yaponiya, Çin, Rusiya və s. kimi müxtəlif ölkələrdən 20 film “Qızıl” və “Gümüş şir” mükafatı uğrunda mübarizə aparacaq.
Açılış mərasimi Aleksandr Qonsales İnyarittunun “Berdmen” ekran işi ilə başlayıb.
Qeyd edək ki, dünyanın bir çox məşhur simalarının - Emma Ston, Edvard Norton, Şauna Robertson, Maykl Kiton və başqalarının qatıldığı festivalda rejissor Elçin Musaoğlunun “Azərbaycanfilm” kinostudiyasının istehsalı olan “Nabat” tammetrajlı filmi də nümayiş olunacaq.
Ekran işi əsas müsabiqədən sonra “Horizontlar” (Orizzonti) proqramında iştirak edəcək.