3 Fevral 2019 14:22
1 453
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Emin Ağalarov 22 il öncəki fotosunu sosial şəbəkələrdə paylaşıb.

Teleqraf.com xəbər verir ki, sənətçinin 17 yaşında ikən ABŞ-ın "Nyu Cersi" ştatında sinif yoldaşları ilə məzun fotosu İnstaqram izləyiciləri tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, Bakıda doğulan Emin Ağalarov 4 yaşından Moskvada yaşayır, təhsilini İsveçrə və ABŞ-da alıb. "Marymount Manhattan College"i bitirib və "Maliyyə sahəsində biznes-menecment" diplomu var.


Müəllif: Teleqraf.com