6 İyul 2019 16:08
1 026
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanda “Hollywood” filminin çəkilişləri aparılacaq.

Ekran əsəri “Gürcüstanda çək” dövlət proqramı çərçivəsində lentə alınacaq.

Filmin çəkilməsi barədə qərar ABŞ-dan olan nümayəndə heyətinin aprelin 26-dan mayın 2-nə qədər Gürcüstana səfəri çərçivəsində qəbul olunub. Yaradıcı heyət səfər zamanı Gürcüstanın bir neçə bölgəsinə baş çəkib və ölkədə kino istehsalının imkanları ilə tanış olub.

Qeyd edək ki, “Gürcüstanda çək” dövlət proqramı ölkədə çəkilişlərə sərf olunan xərclərin 20-25%-nikinoistehsalçılara geri qaytarır. Proqramın məqsədi Gürcüstanda film sənayesinin inkişafına dəstək və beynəlxalq film istehsalçılarının ölkəyə cəlb olunmasıdır.

Proqrama 26 müraciət daxil olub ki, onlardan 15-i başa çatdırılıb, 11 layihə üzrə isə çəkilişlər davam edir. Layihələrə 67 mln. laridən çox vəsait xərclənib və 8 mindən çox iş yeri yaradılıb.

Bu proqram çərçivəsində Gürcüstanda artıq Hindistan filmi, Çin mini-serialı lentə alınıb. /Report/


Müəllif: Teleqraf.com