17 Sentyabr 2014 12:55
1 373
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Gedin, həyatınızda olan pislikləri təmizləyin, qəlbinizi saflaşdırın, şeytan xislətindən azad olun”.

Teleqraf.com xəbər verir ki, bu sözləri aktrisa Naibə Allahverdiyeva şəxsi “Facebook” səhifəsində yazıb.

O konkret ad çəkməsə də yazdıqlarından birilərinin onu bərk əsəbləşdirdiyi hiss olunur:

“Üzümü tuturam ona- buna böhtan atan, ləkə yaxan insanlara: niyə Tanrıdan qorxub murdar əməllərinizdən əl çəkmirsiniz? İnanın mənə, siz nəinki o dünyada, bu dünyada da cavab verəcəksiniz. Nə tökərsən aşına o çıxar qarşına. Gedin, həyatınızda olan pislikləri təmizləyin, qəlbinizi saflaşdırın, şeytan xislətindən azad olun, onda siz daxilən və zahirən nurlu bir insana çevriləcəksiniz. Və Tanrı sizin yollarınızı nurlandıracaq. Başqasının həyatı isə özünə aiddir”.

Pərvin


Müəllif:

Oxşar xəbərlər