15 Aprel 2021 17:09
2 861
12 Punto 14 Punto 16 Punto 18 Punto

Koronavirusa yoluxan xalq artist Bəsti Cəfərova xəstəxanadan evə buraxılıb.

Teleqraf.com-a açıqlamasında o, səhhətinin yaxşı olduğunu deyib:

"Xəstəxanadan evə buraxıldım, müalicəm davam edir. On gün heç yerə çıxmaq olmaz. Səhhətim pis deyil, yaxşıdır. Sadəcə zəiflik var. Özümü qoruyurdum, heç yerə getmirdim. Amma bilmirəm virusa necə yoluxdum. Çox ağır xəstəlikdir, kimsə deyir ki, qripə oxşayır. Xeyr... Hər kəs özünü qorusun.

Mən özüm qaydalara riayət edən insanam. Qoxu bilmə var, dad bilmə yoxdur".



Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər