Türkiyəli məşhur musiqiçi Asım Ekren xərçəngdən dünyasını dəyişib.
Teleqraf.com xəbər verir ki, Türkiyənin səkkizinci prezidenti olan Turqut Özalın keçmiş musiqiçi kürəkəni həyatla vidalaşıb. O, 2011-ci ildən xərçənglə mübarizə aparıb.
Asım Ekren "Folkestra" musiqi qrupunun rəhbəri olub.
Qeyd edək ki, Asım Ekren Turqut Özalın qızı Zeynəb Özal ilə evli olub. O, daha sonra həyat yoldaşından ayrılıb.