18 Sentyabr 2021 10:32
1 809
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya şöhrətli fotoqraf Rza Diqqəti şair Nizami Gəncəvinin ermənilər tərəfindən dağıdılmış büstünün fotolarını İnstaqram səhifəsində paylaşıb.

Teleqraf.com xəbər verir ki, Rza Diqqəti "Erməni qüvvələri Qarabağın işğalı zamanı bütün zamanların ən böyük şairlərindən və filosoflarından olan Nizami Gəncəvinin büstünü dağıtmışdılar. 2021-ci ildə şairin anadan olmasının 880 illiyi tamam olur. 17-ci əsrdə fransız şərqşünası Barthelemy d'Herbelot de Molainville bütün Avropaya Nizami Gəncəvinin qeyri-adi və gözəl, poetik formada yazılmış, Xll əsrə aid bu sözləri çatdırıb: "Yer üzündə, cəmiyyətdə, insanlar və təbiət arasında harmoniya və razılıq hökm sürməlidir. Əks halda insanlıq özünü məhv edəcək", - deyə qeyd edib.


Müəllif: Rəqsanə Həsənova