Tarzən Humay Qədimova sayca 4-cü instrumental klipini ərsəyə gətirib. Növbəti həftəyə təqdimatı nəzərdə tutulan ekran işi bu dəfə udun ifasında lentə alınıb.
Teleqraf.com xəbər verir ki, klipin rejissoru H.Qədimovanın bir sıra konsert və layihələrinə ekran həyatı verən Vüsalə Mirzəyevadır.
Çəkilişlər Mərdəkanda, “Arşın mal alan” filminin çəkildiyi məkanlardan birində aparılıb. Geyim movzuya uygun milli üslübda seçilib. Humay xanım bu səpkidə ifanı tamaşaçı tələbatını nəzərə alaraq ekrana gətirdiyini bildirdi:
“Sosial şəbəkədə ud ifamı ara-bir təqdim edirəm. Çoxluq bu təqdimatı klip şəklindəı böyük ekrandan görməyi arzulayır. Hətta İrandan, Türkiyədən, başqa ölkələrdən udla çıxışımı görməyi arzulayanlar var. Müraciətləri nəzərə alıb, belə bir layihə ərsəyə gətirdim”.
Rüstəm