17 Aprel 2022 08:04
1 753
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Oskar”ın aparıcıları arasında olan məşhur komediya ustası Emi Şumer mükafatlandırma mərasimində etdiyi zarafata görə ölümlə hədələndiyini açıqlayıb.

Teleqraf.com xarici KİV-ə istinadla xəbər verir ki, mərasimdə Kristin Dansta “oturacaq doldurucusu” deyən Şumer aktrisanı yerindən qaldırıb həyat yoldaşı Plemonsla danışmağa başlayıb. Lakin Şumerin bu zarafatı tamaşaçılar və Danstla Plemons fanatları tərəfindən heç də yaxşı qarşılanmayıb.

Şumer ölüm təhdidlərinin məhz “Oskar” mərasimində etdiyi zarafatdan sonra gəldiyini bildirib və fanatlara səslənib: “Mən sizin Kirstin Dansta olan sevginizi yüksək qiymətləndirirəm. Mən də onu sevirəm! Və o kraliçaya belə hörmətsizlik etməzdim”.

O əlavə edib ki, təhdidlər çərçivəni aşdığına görə bu açıqlamanı vermək məcburiyyətində olduğunu bildirib.


Müəllif: Nərmin