23 İyul 2022 21:28
1 982
12 Punto 14 Punto 16 Punto 18 Punto

Britaniya kral ailəsinin üsyançı gəlini Meqan Marklın hər hərəkəti həm kraliça II Yelizaveta, həm də ingilis xalqının reaksiyasına səbəb olur.

Teleqraf.com xəbər verir ki, bu mənada Tom Bouverin “İntiqam: Meqan, Harri və Vindsors arasındakı savaş” (“Revenge: Meghan, Harry and the War Between the Windsors) adlı yeni kitabında Meqan Markl və şahzadə Diana haqqındakı iddialar gündəmə bomba kimi düşüb.

Onun sözlərinə görə, Meqan Markl şöhrət aludəçisi idi və şahzadə Diana kimi Britaniya xalqının sevimlisi olmaq istəyirdi. Şahzadə Harri hətta həyat yoldaşını anası Diana kimi sevilə biləcəyinə inandıra bildi. Bouver bu iddiasını bir hadisə ilə əsaslandırır: Şahzadə Harri və Meqan Markl 2018-ci ildə Avstraliyaya səfəri edib və orada uşaq sahibi olacaqlarını açıqlamışdılar. Cütlüyün bu səfərdə böyük maraqla qarşılanması onları "xalqın sevimli kral ailəsi cütlüyü" olmağa sövq edib.

“Sassekslər Avstraliyadakı uğurlarının Diananın sehri ilə əhatələndiyinə inanmışdılar. Meqan heç vaxt Diananın ictimaiyyətin sevgisini necə qazandığını başa düşmədi. Nə o, nə də Harri başa düşmədilər ki, Diananı təqlid etməklə brend yaratmaq üçün vaxta ehtiyac var”- kitabda qeyd olunur.

Bouver vurğulayır ki, Meqan Markl məqsədinə çata bilmədi və kral ailəsindən ayrılması ilə daha da pis vəziyyətə düşdü.

"Monarxiyada yalnız bir nəfər 1 nömrədir. Meqan iyerarxiyanın məntiqini başa düşmürdü” yazan müəllif Meqan Markl üçün "eqoist, manipulyasiya edən və tələbkar" sözlərini işlətməklə davam edir. Şahzadə Harrinin də ərköyün, zəif təhsilli və sadə düşüncəli olduğunu ifadə edən yazar başqa iddialar da səsləndirir: Meqan Markl hamilə olarkən şahzadə Harri depressiyaya düşüb və həyat yoldaşı ilə heç maraqlanmayıb.

O həmçinin qeyd edib ki, Meqan şahzadə Uilyamın həyat yoldaşı Keyt Middletonla toydan bir müddət əvvəl dava edib və onu ağladıb.


Müəllif: Pərvin Cəfərova