26 Sentyabr 2022 13:56
1 566
12 Punto 14 Punto 16 Punto 18 Punto

İki dəfə “Oskar” mükafatına layiq görülən iranlı rejissor Əsgər Fərhadi ölkəsində baş verən son hadisələrə münasibət bildirib.

Teleqraf.com xəbər verir ki, o bu barədə İnstaqram hesabında yazıb:

“Siz İrandan gələn ən son xəbərləri eşitmisiniz və kişilərlə yanaşı insan haqlarını müdafiə edən mütərəqqi və cəsarətli qadınların görüntülərini görmüsünüz. Onlar dövlətin illərdir əsirgədiyi sadə, lakin fundamental haqq və hüquqlarını axtarırlar. Bu cəmiyyət, xüsusən də qadınlar bu nöqtəyə qədər çətin və ağrılı bir yol keçib, indi açıq-aşkar bir mərhələyə çatıblar.

Ötən gecələrdə mən onları yaxından gördüm. Əksəriyyəti çox gəncdir; on yeddi yaş, iyirmi yaş...

Onların üzündə və küçələrdəki yürüşlərdə narahatlıq və ümid gördüm. Üzləşdikləri bütün qəddarlıqlara baxmayaraq, onların azadlıq mübarizəsinə və öz müqəddəratını seçmək hüququna dərin hörmətlə yanaşıram. Mən ölkəmin nüfuzlu qadınları ilə fəxr edirəm və səyləriylə öz məqsədlərinə çatacaqlarına ürəkdən ümid edirəm.

Bu video vasitəsilə mən dünyanın hər yerindən - sənət adamlarını, kino xadimlərini, ziyalıları, vətəndaş hüquqları müdafiəçilərini, eləcə də insan ləyaqətinə və azadlığına ehtiram göstərən hər kəsi güclü və cəsur qadınlarla həmrəy olmağa çağırıram. Bunu yazılı, yaxud video formatda edə bilərsiniz”.

Qeyd edək ki, Tehranda 22 yaşlı Məhsa Əmininin əxlaq polisi əməkdaşları tərəfindən öldürülməsinə etiraz olaraq 19 sentyabrdan İranın bir neçə şəhərində aksiyalar keçirilir.


Müəllif: Nərmin

Oxşar xəbərlər