13 Mart 2023 08:36
1 829
12 Punto 14 Punto 16 Punto 18 Punto

Alman rejissoru Edvard Berqerin “Qərb cəbhəsində sakitlikdir” (Im Westen nichts Neues, 2022) filmi “Ən yaxşı xarici film” nominasiyasında "Oskar" mükafatını qazandı.

Teleqraf.com-un məlumatına görə, bu barədə 95-ci Amerika Kino Sənətləri və Elmləri Akademiyasının mükafatlandırma mərasimində bildirilib.

Almaniya-ABŞ-Böyük Britaniya birgə istehsalı olan film Erix Mariya Remarkın (1898-1970) eyni adlı anti-müharibə romanı əsasında çəkilib, burada o, Birinci Dünya Müharibəsinin dəhşətlərini 19 yaşlı Paul Boymerin nöqteyi-nəzərindən təsvir edir. Film həm də ən yaxşı operator işinə görə "Oskar" qazanıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər