10 Aprel 2023 12:58
12 088
12 Punto 14 Punto 16 Punto 18 Punto

Akamdemik Milli Dram Teatrının rəhbəri Azər Paşa Nemətovun həyat yoldaşı Süsən Nemətova mərhumdan danışıb.

Bu gün Londandan birbaşa teatra gələn Süsən Nemətova Teleqraf.com-a açıqlamasında bu sözləri deyib: "Teatrda çox çalışırdı, işçilərə can yandırırdı. Tamaşalar yüksək səviyyədə olmalı idi. İstəyirdi ki, hər gün tamaşa göstərilsin. Boş günlər olmasın. Repertuara xüsusi fikir verirdi, Azərbaycan və xarici əsərləri seçirdi".

Süsən Nemətova həyat yoldaşının səhhətində də danışıb: "Bir il əvvəl çox ciddi əməliyyat keçirdi. Onurğa əməliyyatı idi".


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər