"Barbi"nin ssenarini ilk dəfə oxuyanda reaksiyam belə oldu: “Ah! Bu, həqiqətən də yaxşıdır. Təəssüf ki, bu, işıq üzü görməyəcək, çünki studiyalar bizə bunu etməyə heç vaxt icazə verməyəcəklər”.
Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, bu sözləri tanınmış Hollivud aktrisası Marqo Robbi baş rolu canlandırdığı “Barbi” filmi haqqında danışarkən deyib.
“Bütün hallarda son nəticədə film çəkildi”, - deyə aktrisa əlavə edib.
Layihə əvvəlcə “Sony Pictures” tərəfindən çəkilməli idi, lakin sonradan filmi “Warner Bros” şirkəti ekranlaşdırdı.
Filmin premyerası iyunun 21-də olacaq. Filmdə Robbinin tərəf-müqabili Rayan Qoslinqdir.
Filmin süjet xəttinə görə, Barbi onun gözəllik standartlarına uyğun gəlmədiyi üçün "Barbilənd"dən qovulur. Sonra o, real dünyada yeni həyata başlayır və burada mükəmməlliyə yalnız daxili harmoniya ilə nail ola biləcəyini kəşf edir.