“Avroviziya” mahnı müsabiqəsinin birinci yarımfinalı başa çatdı.
Teleqraf.com xəbər verir ki, Azərbaycanı təmsil edən Tural və Turan Bağmanov qardaşları finala vəsiqə qazana bilməyiblər.
Finala çıxan 10 ölkə sırasında Xorvatiya, Moldova, İsveçrə, Finlandiya, Çexiya, İsrail, Portuqaliya, İsveç, Serbiya, Norveç yer alıb.
Qeyd edək ki, müsabiqənin növbəti yarımfinalı 11 mayda, final isə mayın 13-də keçiriləcək.
****
“Avroviziya” mahnı müsabiqəsinin birinci yarımfinalının səsverməsinə start verildi.
Teleqraf.com xəbər verir ki, Azərbaycanı təmsil edən Tural və Turan Bağmanov qardaşları 12-ci nömrə altında səhnəyə çıxıb.
Bu gün 15 ölkənin təmsilçiləri ifalarını təqdim ediblər.
Müsabiqə Böyük Britaniyanın Liverpul şəhərində keçirilir. Müsabiqənin növbəti yarımfinalı 11 mayda, final isə mayın 13-də keçiriləcək.
Səsvermənin nəticələrinə əsasən finala vəsiqə qazanan ölkələr məlum olacaq.
***
“Avroviziya” mahnı müsabiqəsinin birinci yarımfinalı başlayıb.
Teleqraf.com xəbər verir ki, Azərbaycanı təmsil edən Tural və Turan Bağmanov qardaşları 12-ci nömrə altında səhnəyə çıxacaq.
Bu gün 15 ölkənin təmsilçiləri - Norveç, Malta, Serbiya, Latviya, Portuqaliya, İrlandiya, Xorvatiya, İsveçrə, İsrail, Moldova, İsveç, Çexiya, Niderland, Azərbaycan və Finlandiya səhnəyə çıxacaqlar.
Səsvermə canlı konsert zamanı açıqdır.
Müsabiqə Böyük Britaniyanın Liverpul şəhərində keçirilir. Müsabiqənin növbəti yarımfinalı 11 mayda, final isə mayın 13-də keçiriləcək.