29 Oktyabr 2023 14:12
2 379
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Musiqimizi təbliğ ediriksə, onu müasirləşdirmək üçün Qızıl Fondu digital platformalara köçürməliyik. Və təbliğatını sosial şəbəkələr və digital platformalar vasitəsilə etməliyik".

Teleqraf.com cəbər verir ki, bunu Ümummili Lider Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində Bakıda ilk dəfə keçirilən Musiqi Forumunda müğənni Nura Suri səsləndirib: "Çünki Azərbaycan musiqisini, tarixini bilmək və gənclərimizin də musiqilərimizin tanımasını istəyiriksə, gənclər musiqiləri digital platformalardan izləyirlər, bunlar "yutub", "spotify" və s. platformalarında olmalıdır".

Moderator, bəstəkar Türkər Qasımzadə isə Nura Suriyə etirazını bildirərək bu təklifin başqa tədbirin mövzusu olduğunu bildirib.

İfaçı isə bəstəkara "Burada olduğuma görə bu təklifi irəli sürmək istədim. Digər tərəfdən musiqilərin sözləri vikipediya üzərində işlədilmir", - deyə cavab verib.

Türkər Qasımzadə "Musiqi" sözü cəm şəkilçisi qəbul etmir. "Musiqilər" sözü səhvdir", - deyə ifaçıya irad bildirib.

Nura Suri isə Türkər Qasımzadəyə "Bir az əvvəl bir neçə insan çıxış edəndə "sizlər" deyə müraciət etdi. Halbuki "siz" cəm şəklindədir. Danışanda səhv edə bilərik. Bir məqamı da vurğulamaq istəyirəm ki, Azərbaycan musiqisinin təbliğatında AzTV-nin rolu böyükdür. Orada çalışan aparıcılar da Azərbaycan dilində mükəmməl danışmalı və o qədər savadlı olmalıdırlar ki, oraya dəvət alan mədəniyyət işçiləri və yaxud da Zeynəb Xanlarova kimi müğənni ilə söhbət edə bilsinlər. Bunun üçün də AzTV-də çalışan aparıcılara da diqqət etmək lazımdır", - deyib.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər