31 Dekabr 2023 01:32
2 074
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Əqrəb mövsümü: İki dünya bir olsa" serialının tizeri yayımlanıb.

Teleqraf.com xəbər verir ki, serialın ssenari müəllifi Azər Aydəmirdir. Quruluşçu rejissoru Emil Quliyev, quruluşçu operatoru Məhəmməd Osmanovdur.

Serial Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin dəstəyi ilə ərsəyə gəlib.

12 seriyadan ibarət olan ekran əsərində Azər Aydəmir, Rövşən Məmmədli, Şəlalə Şahvələdqızı, Arif Mövsümov, Emin Mirabdullayev, Həcər Ağayeva və digərləri çəkilib.

Azər Aydəmir mətbuata açıqlamasında bildirib ki, serial bu dəfə real hadisələrin motivləri əsasında çəkilir.

"Bu dəfə süjet iki azyaşlı bacı-qardaşın müəmmalı şəkildə itməsidir. İstintaq isə motiv kimi oğurluq və digər halları ehtimal edir. Nəticədə tamaşaçı qeyri-adi bir sonluqla rastlaşacaq”.


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər