Əməkdar incəsənət xadimi, bəstəkar Aydın Əzimin sinfinin təqdimatında şair-rəssam Adil Mirseyidin xatirəsinə həsr olunmuş “Umud çiçəkləri” adlı konsert-sərgi keçiriləcək.
Teleqraf.com xəbər verir ki, fevralın 19-u saat 19:00-da Beynəlxalq Muğam Mərkəzində baş tutacaq tədbirdə şair-rəssam Adil Mirseyidin rəsm əsərləri sərgilənəcək.
Konsert-sərginin bədii hissəsində bəstəkar Aydın Əzim və tələbələri Türkər Qasımzadə, Azər Hacıəsgərli, Aysel Əzizova, Natiq Muradxanlı, Rüzgar Əhmədzadə, Rəbiyə İmanquliyeva, Röya Hüseynova, Sara Dilruba və Ülkər Aşurbəylinin təqdimatında müxtəlif musiqi nümunələri təqdim olunacaq.
Qeyd edək ki, tədbirdə iştirak etmək istəyənlər biletləri şəhərin kassalarından və iticket.az saytından əldə edə bilərlər.