11 Mart 15:36
1 979
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Sənət intriqaları var və olacaq. Amma intriqa çirkinləşməməlidir. Yaxşı mənada döyüş olmalıdır və hərə öz cəbhəsində yaxşı döyüşməlidir. Sağlam mübarizənin içində olanda sağlam döyüş olur. Mənəm-mənəmlikdən, boş eqodan uzaq...”

Bu sözləri Teleqraf.com-a açıqlamasında aktrisa Aygün Fətullayeva deyib.

Onun sözlərinə görə, bütün intriqalara ən gözəl cavabı səhnə verir:

“Mənim üçün ən doğru mübarizə özümlə olan mübarizədir. Bu, bütün intriqalara, riyakarlıqlara ən yaxşı cavabdır. Ən gözəl cavab da, ən gözəl nəticə də səhnədir. Hər kəs səhnədə aydın olur və son söz orda deyilir”.


Müəllif: Nərmin Muradova