14 İyun 19:10
2 262
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış yazıçı və oğlu saxlanılıb.

Teleqraf.com xəbər verir ki, ABŞ-yə qaçan türkiyəli yazıçı Eyləm Tok və oğlu saxlanılıb.

Qeyd edək ki, martın 1-də İstanbulun Eyüpsultan qəsəbəsində avtomobili xarab olduğu üçün yolun kənarında dostları ilə birlikdə dayanan Oğuz Murat Acını başqa bir avtomobil vurub, nəticədə o ölüb, daha 4 nəfər yaralanıb.

Qəzanın səbəbkarı 16 yaşlı T. C. anası, yazar Eylem Tok ilə birlikdə hadisə yerindən qaçaraq Misirə gedib. Daha sonra yazar oğlunu Misirdən ABŞ-yə aparıb.

Məlum olub ki, yazıçı oğlunun qəza törətdiyini öyrəndikdən sonra təcili özünü hadisə yerinə çatdırıb və ğlunu oradan götürərək evə aparıb. Daha sonra həmin məkana qayıdıb. Bildirilir ki, səbəb heç də yaralılara kömək etmək yox, sübutları gizlətmək olub.

Məlumata görə, qəza zamanı yazıçının oğlu T. C.-nin yarışdığı avtomobilin sürücüsünün də sürücülük vəsiqəsi olmayıb və onun 14 yaşında olduğu üzə çıxıb

Eylem Tokla oğlu haqqında həbs qərarı çıxarılıb.


Müəllif: Arzu

Oxşar xəbərlər