9 Mart 2015 16:19
2 106
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Nura Suri bu il “Eurovision”da Azərbaycanı Elnur Hüseynovun təmsil edəcəyini deyib.

Teleqraf.com-un məlumatına görə, sənətçi “Gün üzü” verilişində bunun dəqiq xəbər olduğunu söyləyib: “Xəbəriniz olsun ki, bu il bizi “Eurovision”da Elnur təmsil edəcək. Ona görə “qədrini bilmədik” kimi sözlər deyilməsin, qədrini bilirik”.

Aparıcı İlqar Mikayıloğlunun “Nura, bu dəqiq xəbərdir” sualına ifaçı belə cavab verib: “Dəqiqdir. Bu il Elnur yarışmada tək olacaq. Ciddi xəbərdir. Rəsmi olaraq maraqlana bilərsiniz. Bir ara təkzib olunmuşdu, sonra yenə də təsdiqləndi”.

Qeyd edək ki, Elnur "O səs Türkiyə" yarışmasının birincisi olub. O, 2008-ci ildə müğənni Samir Cavadzadə ilə "Eurovision"a qatılmışdı, cütlük "Day after day" dueti ilə səkkizinci yerə layiq görülmüşdü.

Xatırladaq ki, Elnur Hüseynov Türkiyədə "O səs Türkiyə" yarışmasının qalibi olduqdan sonra onun bu il də Azərbaycanı sözügedən müsabiqədə təmsil edəcəyi ilə bağlı xəbərlər yayılmışdı. Amma İctimai televiziyanın mətbuat xidməti məlumatı təkzib etmişdi.


Müəllif:

Oxşar xəbərlər