Mayın 22-24-də Heydər Əliyev adına Tiflis Dövlət Peşəkar Azərbaycan Dram Teatrının yaradıcı kollektivinin iştirakı ilə Gürcüstan paytaxtındakı Atoneli teatrında Kamal Abdullanın "Hərdən mənə mələk də deyirlər" adlı dram əsərinin premyerası keçiriləcək.
APA-nın Gürcüstan bürosunun məlumatına görə, tamaşa Gürcüstan Mədəniyyət və Abidələrin Mühafizəsi nazirliyinin maliyyə dəstəyi ilə hazırlanıb.
Tamaşanın quruluşçu rejissoru və musiqi tərtibatçısı Namiq Valehoğludur.
Əsərin premyerasında rolları Heydər Əliyev adına Tiflis Dövlət Peşəkar Azərbaycan Dram Teatrının aktyorları Bineli Islamoglu, Sheyla Ceferova, Namiq Musayev, Leyla Qasimova ve Vuqar Maşov ifa edəcəklər.