25 İyun 2015 18:34
901
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyunun 25 -dən etibarən Nizami Kino Mərkəzində ABŞ-ın “Üçüncü artıqdır 2” və Türkiyənin “İçimdəki insan” bədii filmlərinin nümayişi başlanılıb.

Mərkəzdən Teleqraf.com-a verilən məlumata görə, rejissor Set MakFarleynin komediya janrında çəkdiyi “Üçüncü artıqdır 2” filmi məxmər ayı Tedin növbəti sərgüzəştlərindən bəhs edir. Rollarda Mark Uolberq, Set MakFarleyn, Amanda Sayfred, Liam Nison, Morqan Friman və başqaları çəkiliblər. Həmçinin, həmin gündən etibarən AF Media-Azərbaycan şirkətinin təqdimatı ilə “İçimdəki insan” filminin nümayişi başlanıb. Rejissor Aydın Saymanın, İrfan Yalçının “Fareyi Öldürmek” adlı romanının motivləri əsasında, dram janrında çəkdiyi bu film uşaqlıqdan bəri çəkdiyi acılar və haqsızlığa baxmayaraq “yaxşı” qalmağa çalışan bir insandan bəhs edir.

Qazet yazarı Nuri illər sonra doöulduğu qəsəbəyə gəlir. Tək məqsədi atasından qalan bağı satıb İstanbula dönməkdir. Köhnə dostu Sabri ilə qarşılaşdıqda onlar keçmiş hesablaşmaların içinə girirlər. Psixoloji kriz keçirən Sabri işlədiyi idarənin şefinin başını parçalayır və durumunu daha da pis hala salır. Nuri İstanbula dönməyə hazırlaşarkən dostu Sabrinin tutulduğunu və onun həbsxanada intihar etdiyini eşidir və bu cinayət və intiharın səbəblərini araşdırmağı qərara alır.

Filmdəki rollara Vedat Erincin, Suavi Eren, Füsun Demirel, Şebnem Bozoklu və başqaları çəkiliblər.

Nərmin


Müəllif: