29 İyul 2015 16:05
765
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azanfilm” studiyasının istehsalı olan “Köhnə saat” cizgi filmi beynəlxalq festivalda yarışacaq.

Mədəniyyət və Turizm Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, film sentyabrın 20-28-də Sankt-Peterburq daxil olmaqla Rusiyanın şimal-qərbindəki bir neçə şəhərində baş tutacaq XXII KROK Animasiya Filmləri Festivalında Azərbaycanı təmsil edəcək.

Festivalın seçim komissiyası təqdim olunmuş 871 filmdən 42 ölkəni təmsil edən 176 filmi altı müsabiqə proqramına daxil edib. “Azanfilm” studiyasının “Birlik” yaradıcılıq birliyi ilə istehsal etdikləri “Köhnə saat” cizgi filmi festivalın “Off Limits” müsabiqə proqramında İtaliya, Rusiya, Estoniya, Çin, Cənubi Afrika, Belçika və başqa ölkələrdə çəkilmiş filmlərlə yarışacaq. Qeyd edək ki, “Köhnə saat” filminin rejissoru Cavid Əhədov, bədii rəhbəri Firəngiz Qurbanovadır.

Nərmin


Müəllif:

Oxşar xəbərlər