Əməkdar artist Kəmalə Rəhimli səhhəti haqqında danışıb. Əməkdar artist Teleqraf.com-a bildirib ki, müalicə hesabına yaşayır və bütün maliyyə xərclərini özü ödəyir.
Bunun üçün maliyyə çətinliyi yaşayır: “Hazırda müalicə alıram və maliyyəyə görə heç kim əlimdən tutmur. Aldığım təqaüd ancaq mənim kommunal xərclərimə gedir. Açığı, çatdıra bilmirəm. Əvvəl toylara gedirdim və maliyyə haqqında danışmırdım. Səhhətimdə problem yarandıqdan sonra toylara getmirəm. Aldığım təqaüdlə də dolana bilmirəm. Düzdür, Mərkəzi Neftçilər Xəstəxanasının həkimi məni ödənişsiz müalicə edir. Buna görə xəstəxananın rəhbərliyinə və həkimlərinə təşəkkürümü bildirirəm. İndi sistemlərimin dərmanlarını almalıyam ki, mənə sistem köçürülsün. Ümumiyyətlə, bütün orqanlarım, göz, böyrək, ürək və s. sıradan çıxıb. Hətta iflic də vurub. Bahalı dərmanlar alıram. Ömrümü dərmanla uzadıram. Oğluma görə yaşamaq istəyirəm ki, nəfəsim oğlumun üstündə olsun. Bütün analar istəyir ki, övladlarının yanında olsunlar”.
Qeyd edək ki, əməkdar artist şəkər xəstəliyindən əziyyət çəkir və Mərkəzi Neftçilər Xəstəxanasında müalicə olunur.
Rəqsanə Həsənova